O müəllimlərə yolun sonu göründü

O müəllimlərə yolun sonu göründü
13:08 26 May 2017
1109 Ölkə
Ölkə mətbuatı
A- A+

"Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən bəzi müəllimləri təlimə cəlb etməklə onların biliyini yüksəltmək mümkün deyil. Onlar işdən azad ediləcək".

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, artıq həmin müəllimlərin müəllərin işləməsini məqsədəuyğun sayılmır: “Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin. Diaqnostik qiymətləndirmələrdə zəif nəticə göstərən və ixtisar ediləcək müəllimlərin sayı kifayət qədərdir. Ola bilər ki, belə müəllimlər özləri də ərizə yazaraq işdən çıxsınlar. Artıq işdən çıxmaq üçün müraciətlərin edilməsi halları var".

Qeyd edək ki, bu vaxta qədər Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə 140 minə yaxın müəllim iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/200253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR