Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq

Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq
13:12 26 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçular dopinq-testdən keçəcəklər. Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
Ş.Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinin-oyunlarinda-dopinq-test-tetbiq-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR