"Ndlovu yığmaya dəvət alacaq"

"Ndlovu yığmaya dəvət alacaq"
13:27 26 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Stüart Bakster açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi CAR yığmasının heyətinə çağırmadığı "Qarabağ"ın hücumçusu Dino Ndlovudan da danışıb.

"Finlandiya millisinin baş məşqçisi olduğum zaman dörd dəfə Azərbaycan yığması ilə qarşılaşmışıq. Bilirəm ki, bu ölkədə çempionatın səviyyəsi normaldı. Amma indiki vəziyyətdə balansı qoruyub, ən yaxşılara dəvət göndərmişəm. Dino haqqında fikirlərim müsbətdi.

O, öz üzərində çalışır və inkişaf edir. Belə davam etsə, yığmaya dəvət alacaq. Onun "Qarabağ"dakı çıxışını izləyirəm. Ndlovu Azərbaycanda işini layiqincə görür və qollar vurur. Amma başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda çıxış edir. Seçimimi vicdanla etmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR