Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb

Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb
13:27 26 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Mingəçevir şəhərində üçüncü mətəbədən düşən uşaq sağ qalıb.
“Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb. 
Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb. 
Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-3-cu-mertebeden-dusen-uc-yasli-usaq-sag-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR