Ankarada axşam saatlarında aksiyalar qadağan edildi

Türkiyənin Ankara valiliyi axşam saatlarında aksiya keçirilməsini qadağan edən qərar qəbul edib.

Qərara əsasən hava qaraldıqdan sonra bütün şəhər ərazisində yüksək səslə mahnılar və marşların oxunduğu, şüarların səsləndirildiyi aksiyalar keçirmək qadağan edilir.

Qərarın qəbul edilməsi səbəblərindən kimi nümayişlər zamanı terror aktlarının törədilməsi ehtimalı göstərilir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR