Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb

Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb
13:42 26 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 26 may. REPORT.AZ/ Bərdə rayonunda sərxoş sürücü qəza törədib. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub. 
Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berde-belediyyesinin-sedri-yol-qezasina-duserek-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR