Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT!

Bu il müəllimlərin işə qəbulu müsabiqəsi üçün rekord sayda - 6000-dən çox vakant müəllim yeri çıxarılacaq.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu gündən başlayaraq 5 gün ərzində müəllimlərin yerdəyişməsi üçün sənəd qəbulu aparılacaq. İş yerini dəyişmək üçün müəllim ərizəsində 4 vakant yer seçəcək. Seçim zamanı namizədin ilk qeyd etdiyi yerə üstünlük veriləcək. Namizəd ərizəsində iş yerini dəyişmək istəməsini əsaslandırmalı və bunun səbəbini göstərməlidir.

E.Bağırov qeyd edib ki, bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi müvafiq proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun tarixlərində təşkil olunacaq. Başqa sözlə, həm daxili, həm də ölkə üzrə yerdəyişmə üçün müsabiqə və müsahibə keçirilməyəcək. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR