3 yaşlı uşaq binadan yıxıldı: sağ qaldı - AZƏRBAYCANDA

3 yaşlı uşaq binadan yıxıldı: sağ qaldı - AZƏRBAYCANDA
13:47 26 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

Milli.Az report-a istinadən xəbər, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb. 
Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb.

Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb. 
Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR