"Qələbə" dairəsi bağlanır

Bakının “Qələbə” dairəsində gedən işlərlə əlaqədar ərazidə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Metbuat.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov məlumat verib.

Bildirib ki, Molla Pənah Vaqif küçəsindən “Qələbə” dairəsinə çıxanlar dairəyə girə bilməyəcəklər. Yalnız sağa, Akim Abbasov küçəsi istiqamətində hərəkət edə biləcəklər. İşlər çox güman sabaha kimi yekunlaşacaq.

Xəyalə Məmmədova / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR