Bakı sakinləri Ramazan ayında toy etməkdən imtina edir

Bakı sakinləri Ramazan ayında toy etməkdən imtina edir
13:57 26 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə saatdan sonra müqəddəs Ramazan ayına qədəm qoyuruq. Ramazan ay təqviminə görə ilin doqquzuncu ayının adıdır. İslam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır.

Ramazan ayında yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq, qəsdən qusmaq, bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir.

Bəs Bakı sakinləri Ramazan ayında hansı əməllərdən çəkinir?

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" Bakı şəhərində Ramazan ayı ilə bağlı sorğu keçirib. 

Sorğunun nəticələrini təqdim edirik. 

Rəyi soruşulmuş respondentlərin tam yarısı (50 %) Ramazan ayında oruc tutacağını bildirir. Oruc tutanların 51 %-ni qadınlar, 46 %-ni isə kişilər təşkil edir.

Rəyi soruşulan respondentlərin 5 %-i Ramazan ayında siqaretdən,11 % isə alkoqollu içkilərdən imtina edir. Paytaxt sakinlərinin əksəriyyəti bu ay ərzində söyüş söymək (15 %) və dalaşmaqdan da (25 %) çəkinir.

Maraqlısı odur ki, Ramazan ayında orucu pozan əməllər arasında toy mərasimlərinin keçirilməsi yer almasa da, rəyi öyrənilmiş bütün sakinlər bu ayda toy etməkdən imtina edir (100 %).

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR