"Real"dan 75 milyonluq transfer

"Real"dan 75 milyonluq transfer
14:17 26 May 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Pepe ilə yollarını ayırmağa hazırlaşan "Real" onun əvəzedicisini İtaliyada tapıb. Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, ispan klubu "Yuventus"dan Leonardo Bonuççini hədəfə alıb.


Çempionlar Liqasının finalına hazırlaşan "Kral Klubu" həmin matçdan sonra transfer çalışmalarına rəsmən start verəcək və "Yuventus"a rəsmi təklif göndərəcək.


İtalyan ulduzla "Mançester Siti" də maraqlanır. Pep Qvardiola Bonuççini israrla İngiltərəyə aparmaq istəyir.


Bonuççinin müqaviləsindəki maddəyə əsasən, onu transfer etmək istəyən klub 75 milyon avrodan keçməlidi. Həm "Real"ın, həm də "Mançester Siti"nin bu məbləği ödəməyə hazır olduğu bildirilir.


Qeyd edək ki, "Yuventus" Bonuççini 2010-cu ildə "Bari"dən 15,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-75-milyonluq-transfer-t58346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR