Misirdə terror:

Misirin cənubundakı El Minya əyalətində avtobusa edilən hücum nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Metbuat.az bildirir ki, bu barədə əyalətin qubernatoru İsam əl-Bədavi məlumat verib. Hazırda xəstəxanada 14 meyit var

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Təhlükəsizlik xidmətinin əməkdaşları silahlıların axtarışı məqsədilə əməliyyat həyata keçirirlər.

***

14:17

Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 23 nəfər həlak olub.

Metbuat.az-ın məlumatına görə, bir qrup silahlı xristianlarının olduğu avtobusu atəşə tutub. Hadisə nəticəsində 25 nəfər də yaralanıb.

Misir təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə silahlıların axtarışı məqsədilə əməliyyata başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR