"Qalatasaray" böyük oynayır - İki sürpriz transfer

"Qalatasaray" böyük oynayır -  İki sürpriz transfer
14:37 26 May 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" transfer siyahısına iki sürpriz futbolçu daxil edib. Fanat.Az xəbər verir ki, klubun futbol direktoru Cenk Ergun Stkoholmda keçrilən Avropa Liqasının "Ayaks" - "Mançester Yunayted" finalını canlı izləyərək ingilis klubunun iki üzvü ilə bağlı danışıqlar aparıb.


İddialara görə, "Qalatasaray" "Mançester Yunayted"dən Eşli Younq və Matteo Darmiana elçi düşüb. İki futbolçu üçün qarşı tərəflə danışıqlar aparan Cenk Ergün təkliflərini səsləndirib. Məlum olub ki, "Qalatasaray" Eşli Younqun transfer hüququnu almaq, Matteo Darmianı icarəyə götürmək istəyir.


Məlumata görə, kiçik problemlər xaricində danışıqlar müsbət keçib. Cenk Ergün g.rüşdən sonra Matteo Darmian?n meneceri Manuel Montipo ilə bir araya gəlib. Futbolçunun meneceri düşünmək üçün bir neçə gün vaxt istəyib.


Qeyd edək ki, "Mançester Yunayted"  Eşli Younqu 2011-ci ildə "Aston Villa"dan, Matteo Darmianı 2015-ci ildə "Torino"dan 18 milyon avroya alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-boyuk-oynayr-t58348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR