Bulvarda attraksionlar pulsuz olacaq

Bulvarda attraksionlar pulsuz olacaq
15:08 26 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Publika.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/200266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR