Bürcə görə hansı hədiyyələri sevdiyini öyrənin

Bürclərə görə kim hansı hədiyyəni sevir?

Metbuat.az hədiyyə seçimində işinizi asanlaşdıracaq. Bürclərə görə təqdim edəcəyimiz bu hədiyyələri almaqla sevdiyiniz insanları sevindirəcəksiniz.

Baş və saç bölgələri ilə diqqət çəkməyi sevən QOÇ bürcü xanımları şlyapa, bandana və daşlı aksessuarlardan imtina edə bilmir. Kişiləri isə bıçaq, qeyd dəftərçəsi, sərt qoxulu ətirlər hədiyyə almağı sevir.

Alış-veriş sirləri: Üst hissələri iri olduğundan, bədənlərinin alt bölgələrini tarazlayan şalvar və ətək seçmələri yerində olar.

Şıxlığı və rahatlığı sevən BUĞALAR klassik geyim tərzini xoşlayır. Kostyum, şıx ayaqqabılar, damalı koftalar, bahalı köynəklər seçirlər. Boyun qismi qalın olan buğa qadınları boyularını açıq qoyacaq geyimləri seçməməlidir.

Buğa bürcü qadınları makiyaj və parfümeriya setləri, kişilər üçün köynək, bağban alətləri, sviter hədiyyə edilə bilər.

Alış-veriş sirləri: Bəzi bölgələri önəmli olduğundan o hissəni qoruyacaq dik yaxa köynək , yumşaq şal, kaşmir bluzlar, şərflər, boyunbağı və zəncir aksessuarları sevirlər.

Dəyişkən xarakterli əkizlər bürcü qadını asan yuyulan və geyilən geyimləri seçir. Düz, ağ köynək, rahat cins şalvar və futbolkalar onları hər zaman şıx və havalı göstərir. Fərqli əlcəklər, bilərziklər, üzüklər sevimli aksessuarlarıdır.

Alış-veriş sirləri: Çiyinləri aşağıda olduğundan çiyinləri geniş göstərəcək kostyum və bluzlar yaxşı seçimdir.

Duyğusal və həssas olan xərçənglər ürəkləri istəyən kimi geyinirlər. Cazibədar olmağı sevirlər və normal paltarların altına lüks alt paltarları geyinirlər. Gupurlar, köhnə iş geyimləri, ağ altun, gümüş və inci sevdikləri aksessuarlardır.

Xərçəng bürcü qadınına alt paltarı, gupurlu geyimlər, incili aksessuarlar, kişisinə isə idman köynəyi, musiqi alətləri hədiyyə edə bilərsiniz.

Dəbdəbəni sevən şir bürcü hər zaman bahalı geyimlər alır. İpək, transparan, atlas geyimlərdən vaz keçmirlər. Marka məhsulları və daş-qaşı sevirlər.

Qadınlarına palto, brilyant üzük və qolbağı, qırmzı güllər, kişisinə isə saat, alışqan, şıx şərf hədiyyə edə bilərsiniz.

Səliqəli görünmək qız bürcləri üçün çox önəmlidir. Üstünə yaxşı oturmuş paltarlar, zımba aksessuarlar, sadə rənglər favoriləridir. Sabun və ətir qoxusu onları daha da canlandırır. Qız bürcü kişilərinə ətir, kitab, kompüter, ceb telefonu hədiyyə edə bilərsiniz.

Alış-veriş sirləri: Qız bürcləri gözəl bədən quruluşuna rəğmən düz və klasiik geyinməyi sevir. Geyimlərinə qatacaqları aksessuarlarla daha canlı görünə bilirlər.

Tərəzi qadınlarına gözəl və rəngli çanta, ayaqqabı, aksessuarlar ala bilərsiniz. Ətir və dəriyə qulluq kremləri də seçim ola bilər. Kişilərə isə şıx pulqabı, şərf, rəngarəng koftalar hədiyyə edə bilərsiniz.

Alış-veriş sirlərı: Ombaları və bel qismi geniş olan bürc tərəzidir. Onların bu quruluşunu ortaya çıxaran şalvar seçimi gözəlliyinə gözəllik qatır.

Cazibədar əqrəb bürcü qadınları diqqət çəkməyi sevirlər. Parlaq və tünd rəng geyimlər çox zaman seçimi olur.

Əqrəb qadınına dəri qolbaq, dəri ev aksessuarları, alt paltarları, otaq spreyləri, ətirlər, əqrəb bürcü kişisinə isə qara boğazlı yun köynək, bahalı saatlar və aksessuarlar ala bilərsiniz. Gümüşdən imtina etməyin.

Oxatanlar gəzməyi çox sevdiyindən idman stilli geyimlərə üstünlük verirlər.

Qadınlarına firuzəyi aksessuarlar, idman məhsulları, eynək və çanta, oxatan bürcü kişisinə isə dəri jaket, dəri əlcək, fotoaparat hədiyyə edə bilərsiniz.

Oğlaqlar sadə geyinməyi sevir. Ucuz parçalardan uzaq dururlar. Oğlaq bürcü qadınına çəkmə, ayaqqabı, saat, şıx dizayn edilmiş boyunbağı, oğlaq bürcü kişisinə isə kompüter çantası, qələm, gödəkçə hədiyyə edə bilərsiniz.

Assimetrik kəsimlər, fərqli parçalar dolçalar üçün idealdır. Qadınına şlyapa, eynək, qalın jaketlər, rəngli çantalar, kişisinə isə yeni çıxan hər hansı texniki alət, ətir setləri ala bilərsiniz.

Balıq bürcü altında doğulanlar ayaqqabını çox sevir. Balıq bürcü kişilərinə fotoaparat, iPod, kamera, idman ayaqqabıları, qadınlara isə corab, romantik geyimlər, hamam dəsmalı, pijama ala bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR