Ay Yerə maksimum yaxın məsafədən keçəcək

Ay Yerə maksimum yaxın məsafədən keçəcək
15:57 26 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, Ay Yer ətrafında uzadılmış orbit trayektoriyası üzrə hərəkət edir. Ayda bir dəfə o, Yerə yaxınlaşaraq perigey nöqtəsini keçir, həmçinin ayda bir dəfə apogey nöqtəsini keçərək Yerdən uzaqlaşır. Mayın 26-da qeydə alınacaq Ay perigeyini bu ilin ən yaxın məsafəsi hesab etmək olar.

Beləliklə, bu gün Ay Yerə 357 209 km yaxınlaşacaq.

9 iyun tarixində Ay Yerin təbii peyki apogeyi keçərək planetimizdən 406 401 kilometr uzaqlaşacaq. Dekabrın 19-da isə Yerdən maksimal uzaq məsəfədə (406 604 kilometr) olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR