Nikola Çitroyanın meneceri: "Qarabağ"dan təklif almışıq"

Nikola Çitroyanın meneceri: "Qarabağ"dan təklif almışıq"
16:07 26 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Nikola Çitroya Azərbaycandan təklif təklif var. Söhbət Çempionlar Liqasının təsfinaf mərhələsində oynayacaq "Qarabağ"dan gedir". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan təklif aldığı deyilən İtaliyanın "Trapani" klubunun futbolçusu Nikola Çitronun meneceri Alberto Berqossi deyib.


Menecer "Giornale di Sicilia"ya açıqlamasında bildirib ki, "Trapani"nin B Seriyasını tərk etməsi isə Çitronun planlarına daxil deyil və böyük ehtimalla o komandanı tərk edəcək: "Bizə başqa təkliflər də var. Yanvarda dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubundan böyük maraq var idi. Onların mənə zəng edib Çitronu istəməsi möhtəşəm idi. Nikola bu təklifdən sonra yerində donub qalmışdı. Həmin vaxt, B Seriyasında yaxşı pul qazanırdı. Ancaq indi vəziyyət başqadır. "Trapani" hazırda bu liqanı tərk edib. Belədə yeni variantları düşünmək lazımdır".


Bir neçə gün əvvəl "Tuttomercatoweb" "Qarabağ"ın Çitroya 3 illik və 900 min avroluq müqavilə təklif etdiyini yazmışdı. Klub rəsmiləri açıqlamalarında bu xəbəri təkzib etmişdilər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nikola-citroyann-meneceri-quotqarabaquotdan-tklif-almqquot-t58351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR