Azərbaycanın bank sektoru auditdə əsasən "EY" və "Deloitte"a etibar edir

Azərbaycanın bank sektoru auditdə əsasən "EY" və "Deloitte"a etibar edir
16:07 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları audit yoxlamasını əsasən iki şirkətə - “Deloitte&Touche” və “Ernst&Young”a (EY) həvalə edir.
Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.
Bankların əksəriyyəti 2016-cı ilin audit hesabatlarını açıqlamadığı üçün araşdırma predmeti kimi 2014-2015-ci illərin hesabatları götürülüb.
Məlum olub ki, “EY” şirkəti bü dövrdə - hər il 7 bankın maliyyə vəziyyətini audit edib. Bu, “Azər-Türk Bank”, “Bank VTB (Azerbaijan)”, “Expressbank”, “Kapital Bank”, “PAŞA Bank” ASC-lər, eləcə də “Accessbank” və “YapıKredi Bank Azerbaijan” QSC-lərdir.
“Deloitte&Touche” şirkəti 2014-cü ildə 8, 2015-ci ildə isə 6 banka audit rəyi verib. “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank Respublika” və “Turanbank” hər iki ildə “Deloitte&Touche”la əməkdaşlıq edib. 2014-cü ildə auditi bu şirkətə etibar etmiş “Nikoil Bank”, “Rabitəbank” və “Unibank” 2015-ci ildə onun xidmətindən imtina edib: ilk iki bank “KPMG” şirkəti, sonuncu isə sərbəst auditorla işləməyə üstünlük verib. 2014-cü ildə “Grant Thornton” şirkəti ilə işləmiş “Silkway Bank” ASC isə 2015-ci ildə onu “Deloitte&Touche”la əvəz edib.
“KPMG” həm də “AGBank”ın daimi müştərisi olub. “Grant Thornton” isə “Azərbaycan Sənaye Bankı” ASC-yə daimi, “Amrahbank” ASC-yə 2015-ci ildə xidmət göstərib. Sonuncunun 2014-cü ildə auditini “PWC” aparıb. Yeri gəlmişkən, bu şirkət “Atabank” və “Naxçıvanbank” ASC-lərə hər iki ildə audit rəyi verib, həmçinin bazara 2015-ci ildə daxil olmuş “Zıraat Bank (Azerbaijan) ASC-nin auditoru olub.
Xidmət göstərdiyi bankların sayına görə seçilən daha bir audit şirkəti isə “RSM”-dir. Onun xidmətindən 3 bank – “Bank BTB”, “Günaybank” və “NBC Bank” ASC-lər daimi istifadə edir. “Bank Avrasiya” və “Muğanbank” ASC-lər isə audit məsələsində “Baker Tilly”yə etibar edir.
“Dəmirbank” ASC “JPA”, “Xalq Bank” ASC “Crowe Horwath”, “Bank Melli İran-Baku” “Best”, Pakistan Milli Bankının Bakı filialı isə “RR-VAM” ilə işləyir.
Kommersiya bankları Auditi aparan şirkət (2015-ci il) Auditi aparan şirkət (2014-cü il) 1 “Accessbank” Ernst&Young (EY) EY 2 “AFB Bank” Deloitte&Touche Deloitte&Touche 3 “AGBank” KPMG KPMG 4 “Amrah Bank” Grant Thornton PWC 5 “Atabank” PWC PWC 6 “Azərbaycan Beynəlxalq Bankı” Deloitte&Touche Deloitte&Touche 7 “Azərbaycan Sənaye Bankı” Grant Thornton Grant Thornton 8 “Azər-Türk Bank” EY EY 9 “Bank Avrasiya” Baker Tilly Baker Tilly 10 “Bank of Baku” Deloitte&Touche Deloitte&Touche 11 “Bank BTB” RSM RSM 12 “Bank Respublika” Deloitte&Touche Deloitte&Touche 13 “Silkway Bank” Deloitte&Touche Grant Thornton 14 “Bank VTB (Azerbaijan)” EY EY 15 “Dəmirbank” JPA JPA 16 “Expressbank” EY EY 17 “Günaybank” RSM RSM 18 “Xalq Bank” Crowe Horwath Crowe Horwath 19 “Kapital Bank” EY EY 20 “Bank Melli İran-Baku” Best Best 21 “Muğanbank” Baker Tilly Baker Tilly 22 “Naxçıvanbank” PWC PWC 23 “NBC Bank” RSM RSM 24 “Nikoil Bank” KPMG Deloitte&Touche 25 Pakistan Milli Bankı Bakı filialı RR-VAM RR-VAM 26 “PAŞA Bank” EY EY 27 “Rabitəbank” KPMG Deloitte&Touche 28 “Turan Bank” Deloitte&Touche Deloitte&Touche 29 “Unibank” Xaləddin Əliyev Deloitte&Touche 30 “YapiKredi Bank (Azerbaijan)” EY EY 31 “Zıraat Bank (Azerbaijan)” PWC Bank bazarda olmayıb

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-bank-sektoru-auditde-esasen-ey-ve-deloitte-a-etibar-edir-arasdirma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR