​Bu gün niyyət gecəsidir

Bu gecə Hicri-Qəməri təqvimi ilə Azərbaycanda mübarək Ramazan ayı başlayır.

Bu gecə niyyət axşamıdır. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt niyyət etməklə, hər bir müsəlman Ramazan ayına başlamış olur. Ramazan ayı orucunun niyyətini həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Hər gün üçün niyyət belə edilir - “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

“Ramazan ayından öncəki gün (buna Şəkk günü də deyilir) qəzası olan insanlar qəza niyyətilə, olmayanlar müstəhəb niyyəti ilə oruc tuturlar”.

Bu sözləri Metbuat.az- açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad pənahlı bildirib. Onun sözlərinə görə, Ramazan ayının müxtəlif duaları var. Eləcə də, ilk gecənin duası. Oruc tutacaq şəxlərin bu duaları bilməsi vacibdir.

Ramazan ayının 1-ci gününün duası bu linkdə: http://metbuat.az/news/713713/ramazan-ayinin-1-ci-...

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR