Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var
16:50 26 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin seçici 3 əsrdə yaşayıb: “Bu, 1894-cü ildə anadan olmuş 94 saylı Bərdə Seçki Dairəsinin 3 saylı məntəqəsinin seçicisi Allahverdiyeva Səmərqənd Gülməmməd qızıdır. Kişilər arasında ən yaşlı seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin seçicsi 117 yaşlı Qurbanov Səttar Həsən oğludur”.

M.Pənahov əlavə edib ki, Azərbaycanda 339 min 974 qaçqın və məcburi köçkün seçici var.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR