Elza ilə Nadir Qafarzadə itlərini evləndirir, toy olacaq...

Günlərdir davam edən “Azerbaijan Fashion Week” bu gün fərqli tərzdə reallaşıb.

İçərişəhərdə baş tutan layihəyə məşhurlar öz ev heyvanları ilə gələrək, tədbirə rəng qatıblar.

Layihə isə heyvanların qorunmasına və hüquqlarının tapdalanmamasına həsr olunub. Podiumda yeriyən modellərdən sonra səhnəyə şou-biznesin tanınmışları çıxıb. Heyvanlara maraq göstərən Nadir Qafarzadə və əməkdar artist Elza Seyidcahan da öz itləri ilə görüntüləniblər. İtləri ilə yan-yana duran ulduzlar hətta onları evləndirməyi də düşünüblər.

Nadir Qafarzadə onun itinə yaxınlaşan Elza Seyidcahanın iti ilə zarafatlaşıb:

“Ay balam, mənim "qızım" bakirədir. İtini yaxın qoyma. Onları mütləq evləndirmək lazımdır”

Nadir Qafarzadənin bu fikrinə Elza Seyidcahan da müsbət yanaşaraq, zarafatı davam etdirib:

“Niyə də yox? İtlərin də öz hüquqları var. Onların hüquqlarını qorumaq lazımdır. Bu gün reallaşan bu tədbir də çox möhtəşəmdir. Bizim bu hərəkətimiz Avropa ölkələri tərəfindən müsbət qiymətləndirilir. Çünki onlar heyvanlara qayğı göstərilməsinin tərəfdarıdır”

Rəvan Nasiroğlu

Foto:Orxan Line


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR