​Beyin mərkəzləri Almaniyada bir araya gəlir -

“Böyük İyirmiliy"in (G-20) Beyin sammiti mayin 28-də Berlində öz işinə başlayacaq.

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı, Corc Akerlof, Edmund Felps, Maykl Spens kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər:

“Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda, tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə-Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur.

Sammitdə dünyanın 100 ölkəsindən dəvət edilən, eyni sayda istedadlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək G-20 ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq”.

Qeyd edək ki, G-20-yə Almaniya sədrlik edəcək.

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR