Aeroport yolunda zəncirvari qəza - Yaralılar var

Aeroport yolunda zəncirvari qəza - Yaralılar var
17:57 26 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza aeroport yolunda, "Buta Palace" yaxınlığında baş verib.

Hadisə "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/548613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR