28 May - Respublika Günü Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində qeyd edilib

28 May - Respublika Günü Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində qeyd edilib
18:01 26 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Mərasimdə 28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şahmat dərnəyinin üzvləri – DTX əməkdaşlarının uşaqları arasında ənənəvi olaraq qələbə uğrunda keçirilmiş turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunmuş və Bakı şəhər Gənclər və İdman baş idarəsinin hakimləri tərəfindən idarə edilmiş üçnövçülük yarışının (velosiped yürüşü 10 km., qaçış 3 km, üzgüçülük 500 metr) qaliblərinə general-leytenant Mədət Quliyev tərəfindən kubok, medallar və qiymətli hədiyyələr verilib.

Bayram tədbiri DTX-nin əməkdaşları və onların övladlarının iştirakı ilə hazırlanmış geniş və maraqlı konsert proqramı ilə davam edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR