DİM: Digər rayonlarda keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

DİM: Digər rayonlarda keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq
18:07 26 May 2017
573 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Martın 12-də, 18-də və aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə mərhələli şəkildə açıqlanacaq.
“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanların nəticələri ilə bağlı 5-9 iyun tarixlərində DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 30-dan başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.
Xatırladaq ki, martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/yaxin-gunlerde-diger-rayonlarda-kecirilen-buraxilis-imtahanlarinin-da-neticeleri-aciqlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR