Estoniya iki rus diplomatı ölkədən qovur

Estoniya iki rus diplomatı ölkədən qovur
18:08 26 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Estoniya Xarici İşlər Nazirliyi Narvadakı Rusiya baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqayevdən respublikanın hüdudlarını tərk etməyi tələb edib.

Publika.az xəbər verir ki, bu haqda yerli “Delfi” informasiya portalı bildirib.

Estoniya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiya diplomatlarına müvafiq nota tədqim olunub. İdarənin mətbuat katibi Sandra Kamilova rus diplomatlarının hansı səbəbdən ölkədən çıxarılmasına aydınlıq gətirməyib.

Rusiyanın Tallindəki səfirliyi də xəbəri şərh etməyib.

Qeyd edək ki, 2004-cü ilin martında da Tallin Rusiya səfirliyinin iki əməkdaşını ölkədən deportasiya edib. Estoniyanın “Eesti Paevaleht” qəzetinin məlumatına görə, diplomatlar NATO və Avropa İttifaqının genişlənməsi ilə bağlı sənədləri toplayırdılar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR