Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yük axının artırılması müzakirə olunub

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yük axının artırılması müzakirə olunub
18:22 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daşkənddə (Özbəkistan) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yollarının, aparıcı nəqliyyat-logistik şirkətlərinin, diplomatik missiyalarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq Assosiasiya nümayəndələri Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycanın dəniz limanları vasitəsilə Qara dəniz ölkələri, eləcə də Avropaya daşınmasının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcminin artırılmasına yol açacağını bildiriblər. Həmçinin bu marşrut üzrə yük axının artırılmasına dair təkliflər müzakirə olunub.

Tədbir iştirakçıları marşrut üzrə daşımaların inkişaf perpektivləri ilə tanış olub, onları yüksək qiymətləndiriblər. Bundan başqa, bu marşruta qoşulmaqla “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın təqdim etdiyi nəqliyyat-logistik xidmətlərinin bilavasitə istifadəçiləri olmağa hazır olduqlarını qeyd ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2759648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR