Dövlət Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb

Dövlət Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb
18:29 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Trend-ə bildirilib ki, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər DGK tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilib və Komitənin mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb:

"Sınaqların həyata keçirildiyi müddətdə VAİS-də müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2759651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR