Belarus Minskdə Azərbaycan Ticarət Evinin açılmasını alqışlayıb

Belarus Minskdə Azərbaycan Ticarət Evinin açılmasını alqışlayıb
18:57 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Belarus baş nazirinin müavini Vladimir Semaşko Minskdə Azərbaycan Ticarət Evinin açılmasını alqışlayıb. 
"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, V.Semaşko bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Son vaxtlar Belarusa tez-tez səfər edirsiniz, üstəlik, nəticələr də əldə etmisiniz. Bu gün Azərbaycan Ticarət Evinin açılışı olacaq. Bu, real nəticədir", - V.Semaşko qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda 4 Belarus supermarketi açılıb: "Ötəniliki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə az olub. Lakin cari ildə vəziyyət normallaşmağa doğru gedib. Bu ilin dörd ayında ticarət dövriyyəsinin artım həcmi 116,4% təşkil edib. Bu göstəricini belə saxlamaq lazımdır".
Ş.Mustafayev isə Azərbaycan ilə Belarusun iqtisadi-ticarət əməkdaşlığından məmnunluğunu ifadə edib.
"Minskə nümayəndə heyəti ilə gəlmişik. Ümid edirəm işgüzar insanlarımız bu imkandan faydalanacaqlar və iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət göstərəcəklər. Prezidentlər qarşımıza Belarusdan Azərbaycan və əks istiqamətə məhsulların çeşidlərini genişləndirmək və sayını artırmaq vəzifəsini qoyublar", - Ş.Mustafayev əlavə edib.
Nazir vurğulayıb ki, Belarus məhsulları Azərbaycanda çox tanınır. Azərbaycana ixracın əsasını traktorlar, meşə məmulatları, dərmanlar, süd, qatılaşdırılmış və quru süd, kərə yağı, şüşə, neft məhsulları təşkil edir. Belarus isə Azərbaycandan polimer etilen, alüminium lentləri və meyvə şirələri alır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/belarus-minskde-azerbaycan-ticaret-evinin-acilmasini-alqislayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR