Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb

Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb
20:57 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Mayın 15-dən 24-dək Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, o cümlədən iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və s. fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilir. 
Bu barədə “Report”a Vergilər Nazirliyinin Media kommunikasiya mərkəzindən məlumat verilib.
Mayın 17-dən 19-dək isə Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Göyçay, Qəbələ, Mingəçevir, Gəncə, Zaqatala, Şəmkir rayonlarının sahibkarları, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə silsilə görüşlər keçirilib.
Görüşlərdə Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun, “Nağdsız hesablaşmalar haqqında" qanunun, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarı ilə "Elektron qaimə-fakturanın forması" və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydalarının tətbiqi vəziyyəti, həmçinin, “İnsan Hüquqları Aylığı” çərçivəsində sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub və görüş iştirakçılarının sualları cavablandırılıb.
Vergilər Nazirliyi yanında Milli Gəlirlər, Lokal Gəlirlər və Kiçik Sahibkarlarla İş Departamentlərini, həmçinin, respublikanın bütün ərazi vergi idarələrini və departamentlərini əhatə edib.
Vergi ödəyiciləri elektron qaimə-fakturaların tətbiqi, nağd ödəmələrə qoyulmuş limitlər, elektron ödənişlər zamanı xidmət haqqının tutulması ilə bağlı üzləşdikləri çətinlikləri diqqətə çatdırıblar. Qeyd olunan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə araşdırmaların aparılacağı və lazımi tədbirlər görüləcəyi bildirilib.
Son iki həftə ərzində Bakı şəhərində və Ərazi Vergilər Departamentlərinin və İdarələrinin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən sahibkarlarla keçirilən bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 1400-dən çox sahibkar iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyinin-emekdaslari-2-heftede-1400-den-cox-sahibkarla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR