Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək

Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək
21:03 26 May 2017
Ölkə mətbuatı
A- A+

İyunun 2-də Bakı Xətai Sənət Mərkəzində beş yaşlı Feyziran Zamanın “Rəngli həyat” adlı fərdi sərgisi açılacaq.

Publika.az xəbər verir ki, Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil ediləcək sərgidə balaca rəssamın 40-dək əl işi nümayiş ediləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil ediləcək birgünlük sərgidə uşaq dünyasına həsr olunmuş əsərlər yer alacaq. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/200302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR