Evi əlindən alınan kişi "Bank Respublika"nın önündə özünü yandırdı —

Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib.

Hadisə şahidlərinin çəkdiyi görüntülərdə Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təcili tibbi yardıma xəbər verdiklərini bildirib.

Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər.

Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların izləməməsi məsləhət görülür. (Azxeber.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR