Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə ŞÜŞƏ ilə saç kəsdi - VİDEO

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə ŞÜŞƏ ilə saç kəsdi - VİDEO
21:57 26 May 2017
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözü bağlı saç kəsən, saçı olmayanlara xına vasitəsilə saç effekti verən, hətta saçı yandıraraq nizama salan bərbər Rəşad Məmmədov indi də şüşə qırığı ilə saç kəsdiyini deyir.

Milli.Az bildirir ki, 5 ildir bərbər işləyən Rəşad qayçı əvəzinə şüşə qırıntısından istifadə etməyə başlayıb.

Beləliklə şüşəni götürür və başlayır saçları kəsməyə. Amma diqqət çəkən məqam budur ki, şüşə ilə işləmək qayçı ilə kəsməkdən daha ləng işdir.

Bir il ərzində 3 dəfə insanları təəccüblənbirmək istəyən Rəşad bu yolla müştərilərinin çoxalacağını fikirləşir.

Rəşad deyir ki, hələ çox yeniliklər edərək insanları təəccübləndirəcək. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR