Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb

Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb
22:47 26 May 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az bildirir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Şambul kənd sakini, 1996-cı il təvəllüdlü Günel Ramazan qızı Məhniyeva hər iki ayağının 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub.
 
Müayinə zamanı məlum olub ki, G Məhniyeva yaşadığı evdə xörək bişirən zaman düyü ilə dolu qaynayan qazan onun üstünə aşıb. Nəticədə Günel Məhniyeva hər iki ayağından yanıq xəsarətləri alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR