Tramp İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib

ABŞ prezidenti Donald Tramp İslam aləminin Ramazan bayramını təbrik edib.

Metbuat.az bildirir ki, Ağ Ev prezidentin Ramazan təbrikini paylaşıb. Ramazanın özündə sülhü, mehribanlığı ehtiva etdiyini vurğulayan Tramp son günlərdə İngiltərə və Misirdə baş verən terror aktlarının bu qavrama zidd olduğunu qeyd edib.

Təbrikdə deyilir: "Müsəlman dünyasının iki müqəddəs məkanında bütün dünyaya sülh, təhlükəsizlik və rifah təmsilçisi olduğumuza dair mesaj verdik. ABŞ müttəfiqləri ilə birlikdə terrorizmə və onu bəsləyən ideologiyalara qarşıdır.

Beləliklə, bizdən sonrakı nəsillər bu bəladan uzaq dura biləcək, sülh içində bir araya gəlib, ibadətlərini yerinə yetirəcəklər.

Bütün müsəlmanların oruc, ibadət və ənənələrə uyğun şəkildə Ramazan ayını keçirmələrini arzu edirəm".

Qeyd edək ki, Trampın təbrik mesajında terror mövzusuna toxunması bəzi müsəlman ölkələrində yaxşı qarşılanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR