Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR
23:05 26 May 2017
337 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan yeni araşdırmalar nizamsız iş saatlarının kişilərdə həm cinsi istəyi, həm də ata olmaq şansını azaltdığını ortaya qoyub.

Milli.Az ailem.az-a istinadən maraqlı araşdırmanın nəticələrini təqdim edir.

Araşdırmaya görə, növbəli iş kişinin yuxu və qida nizamını, idman fəaliyyətlərini pozaraq sağlamlığına mənfi təsir edir. Növbəli işləyən kişilərdə testosteron səviyyəsi aşağı düşür. Testosteronun aşağı olması da sperma keyfiyyətinə mənfi təsir edir. Bu nəticələr gecə növbəsində işləyənlər üçün bir həyəcan siqnalı çalır.
 
Araşdırma nəticəsində növbəli işləyən kişilərdə sperma sayı ciddi şəkildə aşağı görülüb. Nizamsız və çox az yatmağın hormon səviyyəsinə, sperma ifrazında önəmli olan genə təsir etdiyi ortaya çıxıb. Növbəli iş sistemi eyni zamanda yuxu problemlərinə yol açır. Yetərsiz yuxu ilə bağlı sidik yolu problemləri və ereksiya pozğunluğu da ortaya çıxır.

Bu problemlər tez-tez və ya az-az sidiyə çıxmaq, sidiyi saxlaya bilməmək, gecə yuxudan oyanıb sidiyə getmək şəkilində özünü bəlli edir.
 
Qadınlar da eyni durumdadır
 
Daha əvvəl aparılan araşdırmalarda isə gündüz işləyən qrupdan fərqli olaraq növbəli və xüsusən gecə növbəsi işləyən qadınlarda yumurtalıq keyfiyyətinin daha aşağı olduğu təsbit edilmişdi. Süni mayalanma üçün müraciət edən və fiziki olaraq ağır işdə işləyən qadınların yumurta ehtiyatının yüngül işdə işləyənlərə nisbətən yüzdə 8,3 aşağı olduğu müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/548532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR