"Ayaks"ın hücumçusu Bertran Traore "Şalke"nin maraq dairəsinə düşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, transfer hüquqları "Çelsi"yə məxsus olan forvardın Amsterdam klubu ilə icarə müqaviləsi iyunun 30-da qüvvədən düşəcək. Traorenin transferi Qelzenkirxen klubuna 5 milyon avroya başa gələ bilər. Onun "zadəganlar"la 2019-cu ilin yayına kimi müqaviləsi var.
Traore 2016/17 mövsümündə Avropa Liqasınnı rəmzi komandasında yer alıb. O, qışda keçirilmiş Afrika Millətlər Kubokunun da simvolik yığmasına daxil edilmişdi. Gənc hücumçu Burkina-Faso millisinin üzvüdür.
Milli.Az