"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı
00:05 27 May 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qalibi olan "Mançester Yunayted" Luis Antonio Valensiya ilə yeni müqavilə imzalayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ekvadorlu müdafiəçi daha 2 il "qırmızı şeytanlar"ın formasını geyinməyə razılaşıb. Tərəflərin razılığı əsasında bu müddət daha 1 mövsüm uzadıla bilər.

"Mançester Yunayted" 2009-cu ildən mənim həyatımdır. Yeni müqavilə imzaladığım üçün ürəkdən şadam. Bir neçə gün öncə titul qazandım. Bu kuboka klub daha öncə sahib çıxmamışdı. Komandanı final görüşünə kapitan kimi çıxarmaq mənim üçün şərəf idi. Göstərdiyi etimada görə Joze Mourinyoya təşəkkürümü bildirirəm. Əmənim ki, növbəti mövsümdə bütün cəbhələrdə yalnız çempionluq mübarizəsi aparacağıq. Bundan başqa, verdiklərə dəstəyə görə ailəmə, komanda yoldaşlarıma və azarkeşlərə dərindən təşəkkür edirəm" - Valensiya qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR