Tovuzda buraxılış imtahanından kəsilən qız intihara cəhd edib

Tovuzda buraxılış imtahanından kəsilən qız intihara cəhd edib
00:17 27 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 27 may. REPORT.AZ/ Tovuz rayonunda 17 yaşlı şagird buraxılış imtahanından kəsildiyi üçün intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən buraxılış imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.
Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-buraxilis-imtahanindan-kesilen-qiz-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR