Ramazan ayı başladı

Bu gün Ramazan ayının ilk günüdür.

Metbuat.az-ın məlumatına görə, mayın 27-də Bakıda imsak saat 03:19-da, iftar isə saat 20:17-dədir.

Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri müvafiq olaraq iyunun 15-nə və 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək.

Ramazan bayramı iyunun 26-da qeyd olunacaq.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!"

Allah orucunuzu qəbul eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR