FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı, Şimal, Cənub, Qarabağ regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib.

Nazirliyindən mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbirlərdə bildirilib ki, 99 il bundan öncə Şərqdə ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində şərəfli bir səhifə kimi qalıb.

Tədbirlərdə həmçinin ölkəmizin müstəqilliyinin daimi olması üçün önəmli islahatlara imza atan ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin rolu xüsusi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR