"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

"Mançester Yunayted" Luis Antonio Valensiyanın müqaviləsinin müddətini uzadıb.

Metbuat.az-ın məlumatına görə, ekvadorlu futbolçu daha 2 il "mankunyanlar"ın formasını geyinəcək. Razılaşma əsasında sazişin müddəti daha 1 il uzadıla bilər.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Valensiya klubda qaldığı üçün çox şad olduğunu bidirib.

Qeyd edək ki, Luis Antonio Valensiya "Mançester Yunayted"in kapitan sarğısını daşıyan futbolçulardan biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR