Tovuzda dəhşətli sürpriz:

Tovuz sakini qəbiristanlıqda atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib. O, bu əşyaların, yəni qayçı, çay və yemək qaşıqlarının cadu olduğunu düşünsə də, bunun kimin tərəfindən edildiyini bilmir. Tovuzda baş verən hadisənin təfərrüatları xəbərimizdə.

Yemək və çay qaşığı, həmçinin kiçik qayçı - bu əşyalar naməlum şəxslər tərəfindən Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımovun atasının qəbrinin yanında basdırılıb. Qəbirin ətrafını təmizləyərkən rast gəldiyi əşyalar onu şoka salıb.

Müraciət etdiyi müxtəlif insanlar isə əşyaların cadu olduğunu bildiriblər. İndiyə qədər ailəsinin kiminləsə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı kimdənsə şübhələnmədiyini bildirir. Cadunun nə üçün basdırıldığı onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz qəbrin ətrafına basdırılıb.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR