İsveçdə partlayış baş verib

İsveçin ən böyük üçüncü şəhəri Malmödə partlayış baş verib. Yerli KİV avtomobilin partladığı haqqında məlumat yayıb.

Metbuat.az bildirir ki, polis və xilasedicilər artıq hadisə yerinə cəlb olunub. Onlar partlayış baş verən ərazini mühasirəyə alıblar.

Hazırda zərərçəkmişlər haqqında məlumat dəqiqləşdirilir. Hadisə zamanı dayanacaqda olan avtomobilə partlayıcı qurğu quraşdırıldığı məlumdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR