Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb
02:07 27 May 2017
244 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 may. REPORT.AZ/ "Forbes" jurnalı 2017-ci ildə dünyanın ən yüksək ödənişli futbolçularının adlarını açıqlayıb. "Report"un məlumatına görə, siyahıya İspaniya "Real Madrid"inin hücumçusu Kriştianu Ronaldu başçılıq edir.
32 yaşlı oyunçunun gəliri 93 milyon dollardır. Bunun 58 milyon dolları "kral klubu"nda əmək haqqı və bonuslardan gəlir. Portuqaliyalı forvard ardıcıl 4-cü ildir ki, siyahıda birincidir.
Reytinqdə ikinci yeri "Barselona"nın hücumçusu Lionel Messi yer alıb. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır.
"10-luq"da növbəti yerlərdə Neymar ("Barselona", 37 milyon dollar), Qaret Beyl ("Real Madrid", 34 milyon dollar), Zlatan İbrahimoviç ("Mançester Yunayted", 32 milyon dollar), Ueyn Runi ("Mançester Yunayted", 23,6 milyon dollar), Luis Suares ("Barselona", 23,3 milyon dollar), Serxio Aquero ("Mançester Siti", 22,6 milyon dollar), Xames Rodriges ("Real Madrid", 21,9 milyon dollar) və Pol Poqba ("Mançester Yunayted", 21,2 milyon dollar) qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dunyanin-en-yuksek-odenisli-futbolcularinin-siyahisi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR