Mariya Zaxarova: “Bakı məni heyran etdi”

Mariya Zaxarova: “Bakı məni heyran etdi”
02:42 27 May 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 27 may. REPORT.AZ/ “Mehriban Əliyevanın fəaliyyətini heyranlıqla izləyirəm”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskvada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi ilə əlaqədar verilən ziyafətdə bildirib.
Onun sözlərinə görə, müasir Bakı onu heyrətləndirib.
"Bakıya ilk dəfə gələndə şəhərin necə sevgi və qayğı ilə əhatə olunduğunu gördüm və heyrətləndim. Bir neçə saat ərzində bizə İçəri şəhəri göstərdilər, muzeylərdə, dekorativ-tətbiqi incəsənət sərgilərində olduq. Şəhərin keçmişi, xalqların köhnə ənənələri çox yaxşı əks olunub. Bütün bunlar müasir texnologiyalarla uyğunlaşıb”, - M.Zaxarova vurğulayıb.
O, şəhərin abadlaşmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rolunu qeyd edib.
"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu işlərə böyük töhfə verdiyi barədə məlumat əldə etdim. Bundan sonra onun haqqında oxumağa, onun bunu necə bacardığını araşdırmağa başladım. Sonda onun gördüyü işlərə heyran qaldım. Bu barədə Azərbaycanın Moskvadakı səfirinə də demişəm və o da deyilənləri təsdiqləyib”, - deyə XİN sözçüsü bildirib.
“Bundan sonra bir neçə dəfə Bakıda olmuşam və şəhərin hər keçən gün daha maraqlı, daha yaxşı və daha müasir olduğunu görmüşəm. Mehriban Əliyevanın Azərbaycanda bir sıra layihələrə patronajlıq etdiyini bilirəm. Bir sözlə, onun fəaliyyətini heyranlıqla izləyirəm”, - M.Zaxarova vurğulayıb.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mariya-zaxarova-baki-meni-heyran-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR