Bakı. 27 may. REPORT.AZ/ Tripolidə Liviyanın Milli Razılıq Hökumətinə (MRH) tabe olan silahlı dəstələr cümə günü axşam ölkənin cənubunda yerləşən və devrilmiş və qətlə yetirilmiş lider Müəmmar Qəddafiyə sadiq keçmiş məmurların saxlandığı həbsxananı ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.
Dustaqların aqibəti məlum deyil.