Ronaldu 6 milyon avro təzminat ödəyib

Ronaldu 6 milyon avro təzminat ödəyib
08:05 27 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

"Forbes"in versiyasına görə dünyanın ən yüksək ödənişli futbolçusu olan Kriştianu Ronaldu vergidən yayınmada ittiham olunduqdan sonra könüllü surətdə 6 milyon avro ödəyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Marca" qəzeti yazıb.
Bundan əvvəl İspaniyanın Maliyyə Nazirliyi və Vergi Xidməti Madridin "Real" klubunun hücumçusunu 2014-cü ildə 15 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edib.
Nəşr qeyd edir ki, Ronaldu cinayət təqibi və işin açılmasından qaçmaq üçün pulu könüllü surətdə ödəyib. Cinayət işinin açılması futbolçunun cərimələnməsinə və ya 5 il müddətinə azadlıqdan məhrum ediləmsinə gətirib çıxara bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR