Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib
08:52 27 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 may. REPORT.AZ/ “Respublika Günü” və Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulun təşkil edilməsi məqsədi ilə ABŞ-da səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirib.
"Report" XİN-in rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov FFEU - Etnik Anlaşma Fondunun dəstəyi ilə ABŞ-ın dini rəhbərləri ilə görüşüb və Azərbaycanın dini birgə yaşayış modeli haqda danışıb.
Nazir, həmçinin əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələri ilə görüş və müzakirələr keçirib.







Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-abs-da-bir-sira-gorusler-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR