Micro-LED displeyləri buraxılacaq

Micro-LED displeyləri buraxılacaq
09:05 27 May 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti üzvi işıq diodlu ekranları (OLED) üstələyən növbəti nəsil "micro-LED" displey panellərinin test istehsalına başlamaq niyyətindədir. Şirkətin cari ilin ikinci rübündə məhdud sayda innovativ panellərin buraxılışına başlayacağı bildirilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" 2014-cü ildə "micro-LED" texnologiya istehsalçısını - "LuxVue" şirkətini satın alıb. Tayvanın şimal hissəsində yerləşən "LuxVue" müəssisəsində ilin sonunadək belə displeylərin sınaq buraxılışına başlamaq nəzərdə tutulur. Növbəti yarımildə "micro-LED" panellərinin buraxılışına başlaya biləcək ikinci istehsalçı kimi Tayvanın "PlayNitride" şirkəti qeyd olunur.
 
Bundan əvvəl "Apple" şirkətinin qabaqcıl ekranlarla əvvəlcə "Apple Watch" "ağıllı" saatlarını təchiz etməyə hazırlaşması barədə məlumatlar yayılıb. Gələcəkdə şirkət "iPhone" smartfonlarını və "iPad" planşetlərini yeni displeylərlə təchiz etməyi planlaşdırır.
    
Qeyd edək ki, "micro-LED" displeyləri maye-kristal (LCD) və "OLED" ekranlardan daha nazik, parlaq və enerji səmərəlidir. Bununla yanaşı, bu texnologiya üzrə ekranların istehsalı bahalı və çətindir. Hazırda texniki çətinliklər "micro-LED" panellərinin kütləvi istehsalına mane olsa da, onların aradan qaldırılacağı təqdirdə displeylərin maya dəyəri hazırkı işıq diodlu ekranlardan ucuz olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR